Separatçılar yeni təxribata hazırlaşırlar: Xankəndidə proses gedir

Separatçılar yeni təxribata hazırlaşırlar: Xankəndidə proses gedir
 

Qarabağ separatçıları yeni təxribata hazırlaşırlar.

Paralel.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə informasiyalar yayılıb.

Məlumata görə, separatçılar “Laçın” postu istiqamətində yürüş planlaşdırırlar.

Bu istiqamətdə hətta avtobuslar da hazırlanıb. Xankəndinin mərkəzində bu istiqamətdə çox sayda avtobus cəlb olunub.

Qeyd edək ki, separatçılar “Laçın” postu istiqamətində hər hansı bir təxribat törətməklə regionda yenidən gərginlik yaratmaq və sülh sazişi danışıqlarına zərbə vurmaq istəyirlər.

Azərbaycan hərbçiləri təxribatçıların hərəkətini hər an nəzarət edir.

0.011844873428345