Almaniyalı hakim Sven Yablonski "Qarabağ"-"Rakov" görüşündə qələbə qazanmaq üçün "Rakuv"a kömək etdi
Bu gün "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa "Rakov"u ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdığı üçün "Rakov" növbəti mərhələyə yüksəlib.
"Qarabağ" isə Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək. "Qarabağ" Avroliqada 3-cü təsnifat mərhələsində ilk oyununu evdə keçirəcək.
Qeyd edək ki, Almaniyalı hakim Sven Yablonski Polşa çempionu "Rakov"a "Qarabağ" üzərində qələbə qazanmaq üçün bütün məqamlarda polşalılara kömək edib.