"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırdı
"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Polşa "Rakov"u ilə qarşılaşıb. Bakı Olimpiya Stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Bu komandalar arasında ilk matç Polşa klubunun 3:2 hesablı qələbəsi ilə başa çatdığı üçün "Rakov" növbəti mərhələyə yüksəlib.
"Qarabağ" isə Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda mübarizəni Avropa Liqasında davam etdirəcək və HİK (Finlandiya) / “Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək. "Qarabağ" Avroliqada 3-cü təsnifat mərhələsində ilk oyununu evdə keçirəcək.
2 avqust
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu
20:00. "Qarabağ" - "Rakov" (Polşa) - 1:1
Qollar: Tudor, 51 (0:1), Redon Cica, 60 (1:1)
Baş hakim: Sven Yablonski (Almaniya)
Bakı Olimpiya Stadionu
İlk oyun - 2:3