Ədliyyə Nazirliyi "Azərbaycan Xalq Partiyasına" “yox” dedi – 73 nəfər ölüb...

Ədliyyə Nazirliyi
 

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Partiyasının (AXP) dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə baxıb.

Paralel.az xəbər verir ki, bu barədə partiyanın sədri, keçmiş Baş nazir Pənah Hüseyn məlumat verib.

P. Hüseyn bildirib ki, nazirlik AXP üzvləri reyestrinin yoxlanılması nəticələri barədə rəsmi sənədi partiyanın səlahiyyətli şəxsinə təqdim edib. O, əlavə edib ki, AXP 5854 üzvünün reyestrini dövlət qurumuna təqdim edib. Yoxlanışdan sonra onlardan 2676 nəfərin partiya üzvü olmadığı, 3178 nəfərin isə AXP-çi olduğu təsdiqlənib. Bundan başqa:

- başqa partiyaların da üzvü- 377, - öldüyü müəyən edilənlər- 73, - 

- 18 yaşına çatmamış- 29,

- təkrarlanmış - 146

- AXP üzvü olmadığını bildirənlər- 171 nəfər təşkil edib.

0.096786022186279