Həbs edilən Vaqif Çərkəz oğlu Xaçaturyan haqqında tükürpədici faktlar
29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Çərkəzoviç Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılmışdır
Vaqif Xaçaturyan Birinci Qarabağ müharibəsindən sonra şahidlərin ifadəsi əsasında beynəlxalq axtarışa verilmiş idi. Onun adı Xocalı və Meşəli soyqırımlarında əsir və girovlara qarşı işgəncə və qətllərə yanaşı olaraq müharibə zamanı qeyri insani hərəkətlərdə hallandığı üçün cinayət işi açılmışdır. Məlumatlara görə 25 Azərbaycan vətəndaşını qətl edib. Lakin Vaqif Xaçaturyan haqqında tam məlumat verilmirdi. Azərbaycan vətəndaşlarına qarşı amansız cinayətlər, qətllər və işgəncələr törədən bu şəxs 1955-ci ildə anadan olub. Sovet dövründə Badara adlanan kəndi sonradan ermənilər Patar adına dəyişiblər.Badara kəndi Xocalı rayonunda, Badara çayı sahilində Qarabağ silsiləsinin ətəyində, rayon mərkəzindən 7 km şimal-qərbdə yerləşir. Bəzən kəndin adını Bədərə, (Badərə) formasında da yazırlar.
Bu kəndə anadan olan Vaqif Xaçaturyan 1991-1994-cü illər arası işğalçı erməni dəstələri içərisində Azərbaycana qarşı müharibədə iştirak edib. Müharibədən sonra isə burda məskunlaşmış Suriya ermənilərinə hərbi təlimlər keçib. İkinci Qarabağ müharibəsi dövründə də işğalçı ermənilərlə birgə bizə qarşı döyüşlərdə iştirak edib, müharibədən sonra Xankəndiyə qaçıb orda yaşayıb.
Vaqif Xaçaturyan müharibəyə qədər Xankəndi şəhər avtomobil nəqliyyat müəssisəsində sürücü işləmişdir.
Müharibə dövründə hərbi maşın sürüb və eyni zamanda döyüşlərdə iştirak edib. 25 nəfəri təkcə özü öldürüb, 14 nəfər əsgərimizə ağır işgəncə verib, onları ömürlük şikəst edib, 358 nəfər Xocalı və Meşəli sakinlərinin əsir götürülməsində iştirak edib və onları qış ayında üstü açıq yük maşınında Xankəndiyə ayaqyalın və üst geyimləri olmadan aparıb. Yol boyu onlara ağır formada münasibət göstərib, soyuq suyu əsirlərin üstünə atıb...
1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Meşəli kəndində baş verən hücum zamanı öz yük maşını ilə kəndə gələn Vaqif Xaçaturyan döyüşlərdə aktiv iştirak etmiş, yuxarıda qeyd etdiyim cinayətləri törətmişdir. Eyni zamanda Meşəli və Xocalıda evlərin talan edilməsi, yağmalanmasında iştirak edib və öz yük maşınında Azərbaycan vətəndaşlarına məxsus əşyaları şəxsi istifadəsi üçün aparıb, sonra isə təxminən 30-dan çox evə od vurub.
İlkin məlumata görə ermənilər Meşəli kəndində 30 nəfərdən artıq azərbaycanlını (qocaları, qadınları, uşaqları) qətlə yetirmiş, bir çoxunu isə vəhşicəsinə yandırmışdır. İtkin düşənlər olmuşdur. Kənd sakinlərindən 3 nəfərin evindən heç kəs çıxa bilməmiş, 12 nəfər qadın, uşaq, qoca diri-diri yandırılmışdır. Şahidlərin ifadəsi əsasında bu hadisələrin törədilməsində iştirak edən Vaqif Xaçaturyanın kimliyi müəyyən edilmişdir. O, maşında yük yerində saxladığı benzin bidonun dinc sakinlərin üzərinə töküb yandırılmasında iştirak edib. Meşəli kəndinin sakini 7-ci sinifdə oxuyan Allahverdiyev Vidadi Müsül oğlunun öldürülməsindən sonra onun üstündən yük maşını ilə keçib meyidini tanınmaz hala salan məhz bu Vaqif Xaçaturyan idi.
Təkcə Meşəli və Xocalı yox, Cəmilli kəndi və digər ərazilərdə hərbi cinayətlərdə iştirak etmişdir.