Elm və təhsil milli təhlükəsizliyin əsasıdır - dos. İlham Əhmədov
“ TƏLIM VƏ TƏDRISIN, ...TƏHSIL SISTEMININ INKIŞAFI VƏ IDARƏ EDILMƏSINDƏ UĞURSUZLUQ, ÖLKƏNİN INKIŞAFINA UZAQ PERSPEKTIVDƏ MƏNFI TƏSIR GÖSTƏRƏ BILƏR."
“A.R. MİLLİ TƏHLÜKƏSİZLİK KONSEPSİYASI”. 2007.
Konsepsiyada daha sonra qeyd edilib:
“... Ölkənin davamlı inkişafı üçün yaxşı təhsil almış peşəkar insan potensialını, həmçinin elmi-texniki tərəqqini təmin etmək zəruridir. Bu məqsədlə, Azərbaycan Respublikası elm və təhsil səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması, yeni texnologiyalardan istifadə üçün inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, beynəlxalq təcrübəni öyrənir və tətbiq edir. Azərbaycan Respublikası elmi potensialın qorunması və inkişafına dair dövlət siyasətinin uzunmüddətli proqramlarını hazırlayıb həyata keçirir.”
Konsepsiya 16 ildir fəaliyyətdədir.
Bu gün elm və təhsilin durumunu, onun inkişaf səviyyəsini, idarə edilməsini uğurlu hesab edə bilərikmi? Elm və təhsilin gələcək inkişaf strategiyaları mövcuddurmu? Bu sahənin idarəedilməsinin kadr təminatı, onlarln peşəkarlıq səviyyəsi, islahatların maliyyələşməsi müasir tələblərə cavab verirmi?
Bu sahədəki ümumi vəziyyət Konsepsiyanın tələblərinə dərəcədə uyğundur?
Deyə bilərikmi ki, təhsil və elm sahəsində milli təhlükəsizliyimiz təmin edlib? Ölkənin sürətli inkişafına imkan verir?
Rəqabətqabiliyyətli insan kapitalı yetişdirə bilirikmi?
Hazırlanan kadrların səviyyəsi, məktəblərin buraxılış imtahanlarının nəticələri, dünya universitetlərinin qlobal reytinqləri, elmi nailiyyətlərimiz hələ də ciddi narahatlıq yaradır.
16 ildir ki, bu belədir.
Niyə dönüş yarada bilmirik?
"Paralel.az"