Ermənilərlə görüş Yevlaxda olacaq
İndi Yevlaxda Bakının mərkəzi hökumət nümayəndələri ilə Qarabağda məskunlaşan erməni etnik azlığının nümayəndələri arasında görüşün təşkilinə hazırlıq gedir.
Paralel.az xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
Məlumatda bildirilir ki, bu görüşdə heç bir üçüncü ölkə nümayəndəsinin iştirakı gözlənilmir. Dialoq birbaşa Azərbaycan hökumətinin rəsmi nümayəndələri ilə Qarabağdakı etnik ermənilər arasında aparılacaq. Baş tutacaq dialoq Bakının təklifinə uyğundur.
Erməni mətbuatında bəzi ermənilərin bu görüşü sabotaj etməyə çalışdığı deyilir.
Qeyd edək ki, Azərbaycan hökuməti ilə Qarabağdakı ermənilər arasındakı növbəti dialoqun Bakıda, ya da Yevlaxda təşkili təklif edilmişdi. Yevlaxın növbəti ünvan kimi seçiləcəyilə bağlı iddialar qismən təsdiqini tapmış oldu.