İrəvan müharibəyə hazırlaşır: Mümkün tarix açıqlandı
“Müharibə Nikol Paşinyan üçün yeganə şansdır”.
Globalinfo.az xəbər verir ki, bu barədə erməni aktivist, bloger Mikael Badalyan sosial şəbəkə hesabında yazıb.
“Nikol Paşinyan artıq çoxdandır siyasi suqsvanqdadır. Onun istənilən gedişi sadəcə mövqelərin pisləşməsinə deyil, şəxsən onun özü üçün qaçılmaz fəlakətə çevriləcək.
Paşinyan əla başa düşür ki, hadisələrin istənilən inkişaf ssenarisində – sülh sazişinin Qərb və ya Rusiya variantının imzalanmasından asılı olmayaraq o, Qərb üçün önəmli deyil. Birinci halda Qərb onu əsas günahkar elan edəcək, Kreml casusu adlandıracaq və yeni “xilaskar” 102 saylı bazanı Ermənistandan çıxaracaq. Bununla yanaşı proses Moskvada da kəskin narazılıq yaradacaq. Sülh sazişinin Moskva variantının imzalanması halı da kifayət qədər aydındır. Nikol Qərbin aşkar düşməninə çevriləcək.
Niyə “sülh epoxası” təbliğatı aparan Nikol Paşinyan bu qədər tez-tez yeni konfliktin mümkünlüyü barədə danışır?
Təbii ki, bir tərəfdən o insanları qorxu içində saxlayır, digər tərəfdən isə bizi savaşa, böyük müharibəyə hazırlayır. Bu müharibə nə qədər uzansa, onun şansları da o qədər çox olacaq.
Paşinyan müharibə dövründə necə davranacaq?
Hesab edirəm ki, Rusiya və İran qarşısında baş əyməyə qaçacaq, kömək dilənəcək.
Yeni müharibə nə zaman başlayacaq?
Düşünürəm ki, o uzaqda deyil, çox güman ki, cari ilin sentyabr-oktyabr aylarında başlayacaq”, – deyə aktivist bildirib.