Polşa Belarus sərhədinə texnika yığır – Yeni müharibə ocağı

Polşa Belarus sərhədinə texnika yığır – Yeni müharibə ocağı
 

Polşa-Belarus gərginliyi yenidən dünya gündəmində dayanıb.

Globalinfo.az xəbər verir ki, Polşanın Belarus sərhədinə hərbi texnika göndərməsi ilə bağlı kadrlar yayılıb.

Belarus mətbuatı iddia edib ki, eşelondakı alman hərbi texnikası olub. Bu isə öz növbəsində NATO-nun Rusiyanın müttəfiq dövlətinə hücuma hazırlaşdığı göstərib.

Xatırladaq ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putinin NATO ilə bağlı ziddiyyətli açıqlaması olmuşdu. O, bildirmişdi ki, indiki vaxtda NATO ilə qarşıdurma istəmirlər. Onu da demişdi ki, buna baxmayaraq Rusiya istənilən situasiyaya hazırdır.

 

0.0095181465148926