Surət Hüseynov təyyarədə komaya düşübmüş - YENİLƏNİB

Surət Hüseynov təyyarədə komaya düşübmüş - YENİLƏNİB
 

Sürət Hüseynov komaya düşüb.

Paralel.az bildirir ki, bu barədə “Qaynarinfo”ya sabiq baş nazirin yaxınları məlumat veriblər.

Həkimlər əvvəlcə onun öldüyünü zənn ediblər. Lakin sonradan məlum olub ki, o, komadadır.

Yaxınları Sürət Hüseynovun hazırda reanimasiyada olduğunu bildirirlər.

Azərbaycanın sabiq baş naziri Surət Hüseynov vəfat edib.

Paralel.az xəbər verir ki, bu barədə Gununsesi.info-ya Surət Hüseynovun yaxınları bildirib.

Məlumata görə, Moskvadan İstanbula gələn Surət Hüseynov təyyarə eniş edən zaman ürəktutmasından vəfat edib.

Paralel.az bildirir ki, S.Hüseynov 1993-cü ilin iyununda Gəncədə hərbi qiyam edib. Bu qiyam nəticəsində Əbülfəz Elçibəy hakimiyyəti devrilib. Sürət Hüseynov 1993-cü ilin iyul ayından 1994-cü ilin oktyabr ayına kimi Azərbaycanın baş naziri olub. Sonradan Heydər Əliyevə qarşı hərbi qiyam cəhdinə görə vəzifədən uzaqlaşdırılıb.

S. Hüseynov həmin vaxtdan Azərbaycan tərk etdi, uzun müddət Rusiyada yaşadı. Barəsində açılan cinayət işinə və axtarışda olduğuna görə 1997-ci ilin aprel ayında Rusiyada saxlanılaraq Azərbaycana gətirildi.

6 illik həbsdən sonra, 2003-cü ilin sonlarında əfv sərəncamı ilə azadlığa çıxdı.

0.012557029724121