Erməni lobbisinin təsirilə "Disney Plus” “Atatürk” serialını yayımlamaqdan imtina edir - Erməni düşmənçiliyi

Erməni lobbisinin təsirilə
 

"Disney Plus”un çoxdandır gözlənən və çəkilişinə 8 milyon dollar xərclənən “Atatürk” serialı ilə bağlı növbəti qərarı Türkiyədə ciddi narazılığa səbəb olub.

Paralel.az xəbər verir ki, sözügedən platforma Türkiyədə fəaliyyətə başladığı ilk günlərdən bir neçə ekran işi ərsəyə gətirsə də, onların arasında ən çox gözlənilən “Atatürk” serialı idi.

6 bölümlük mini serial olaraq hazırlanan layihənin ərsəyə gətiriləcəyi xəbərinin yayımlandığı ilk gündən erməni lobbisi “Disney Pplus”u hədəf alaraq təzyiqlər göstərməyə başladı. Xüsusilə ABŞ-dakı erməni lobbisi bu istiqamətdə fərqlənirdi. Hətta Amerika Ermənilərinin Beynəlxalq Komitəsi adlanan təşkilat sosial şəbəkədə paylaşım edəcək Mustafa Kamal Atatürkü “müharibə cinayətkarı” adlandırmış, platformanı bu sertialı təxirə salmağa çağırmışdı. Amma Disney şirkəti bunun ardından paylaşım edərək layihənin yayımlanacağını bildirmiş və ilk görüntüləri təqdim etmişdi.

Bu il iyulun 1-dən etibarən Türkiyəyə aid ekran işlərini platformadan çıxaran “Disney Plus” ölkədə ciddi tənqidlə qarşılaşdı. Türkiyədə əksəriyyət bir-bir platformaya abunəlikdən imtina etdi. İlk günlərdən ölkə daxilində reklamının yüksək səviyyədə aparıldığı və maraqla qarşılanan platformanın “Atatürk” serialını yayımlamayacağı ilə bağlı iddialar isə ölkə gündəmində növbəti skandala səbəb oldu. Erməni lobbisinin təkidi ilə serialın “Disney Plus”da yayımlanmayacağı, dünyaca tanınmış türk aktyorların yer aldığı bu işin sadəcə 3 Noyabrda Cümhuriyyətin 100 illiyi münasibətilə Türkiyədə kinoteatrlarda təqdim ediləcəyi deyilir.

Məsələ ilə bağlı şirkət rəsmi açıqlama verməsə də, bu iddianın böyük ölçüdə doğru olduğu bildirilir.

0.016822099685669