“Mən də Azərbaycanın həbs siyahısındayam” - Babayan

“Mən də Azərbaycanın həbs siyahısındayam” - Babayan
 

Erməni quldurlarından biri Samvel Babayan özü kimi cani Vaqif Xaçatryanın Azərbaycan sərhədçiləri tərəfindən saxlanmasına münasibət bildirib.

Paralel.az xəbər verir ki, o, Azərbaycanın həbs edəcəyi şəxslərin siyahısında kimin olub-olması ilə bağlı fikirlərini bildirib.

“Bilirəm ki, həmin siyahıda mən də varam (gülümsəyir). Amma kimlər orada yer alıb, onu dəqiq deyə bilmərəm”, - o bildirib.

Beləliklə, Samvel Babayan dəqiq bilir ki, o da Azərbaycanın hüquq-mühafizə orqanlarının Birinci Qarabağ müharibəsi zamanı dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərə görə Qarabağ müharibəsi cinayətkarları siyahısındadır. Onun sürücüsü Vaqif Xaçaturyan artıq həbs edilib.

0.017349004745483