PUA-lar Moskva şəhərinə qorxu saçdı – VİDEO

PUA-lar Moskva şəhərinə qorxu saçdı – VİDEO
 

Moskva növbəti dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Paralel.az xəbər verir ki, bu barədə kadrlar sosial şəbəkələrdə yayılıb.

Hücum zamanı PUA-lardan biri “Moskva-Siti” kompleksindəki binalardan birinin damına çırpılıb. Hadisə nəticəsində kompleksin mühafizə xidmətinin əməkdaşı yaralanıb.

Şəhərin başqa hissələrində də PUA hücumlarının olduğu bildirilir.

Bununla yanaşı daha iki PUA hücumunun qarşısının hava hücumundan müdafiə sistemləri tərəfindən alındığı bildirilir.

 
0.01309609413147