“Xaçaturyanı Bakıya İrəvan satıb” – Separatçılar şokda

“Xaçaturyanı Bakıya İrəvan satıb” – Separatçılar şokda
 

“Mən əminəm ki, Vaqif Xaçaturyanın həbs olunmasında Ermənistan hökumətinin əli var, Bakının istəyinə uyğun olaraq məlumatları İrəvan göndərib”.

Paralel.az xəbər verir ki, bunu qondarma “rejimin” keçmiş “deputatı”, separatçıların nümayəndələrindən olan Ruben Melikyan deyib.

O, Xocalı rayonunun Meşəli kəndində 25 azərbaycanlının qətlə yetirilməsinə görə saxlanılan cinayətkar Vaqif Xaçaturyanın həbsində Ermənistanı günahlandıırb:

“Düşünürəm ki, Ermənistan 1990-cı illərdə Qarabağda döyüşən on minlərlə erməni haqqında bütün məlumatları Azərbaycana təqdim edib. Onlar informasiyaları Bakıya ötürürlər. Döyüşçülərin (oxu: Qarabağdakı hərbi cinayətkarların) birbaşa İrəvanın mərkəzindən Bakıya təhvil verilmək üçün yola salınacağı günlər elə də uzaqda deyil. Ermənistan hakimiyyətində olanlar Bakının istəyinə xidmət edir”.

0.074886083602905