Rusiyanın YENİ RƏQƏMSAL PULU: avqustun 1-dən əməliyyat başlayır

Rusiyanın YENİ RƏQƏMSAL PULU: avqustun 1-dən əməliyyat başlayır
 

Avqustun 1-dən Rusiyada rəqəmsal rubl haqqında qanun qüvvəyə minəcək - onunla ilk sınaq əməliyyatları elə həmin ay başlayacaq.

Paralel.az xəbər verir ki, ölkə prezidenti Vladimir Putinin imzaladığı sənəd rəsmi hüquqi informasiya portalında yerləşdirilib.

Rəqəmsal rubl mövcud pul formaları ilə birlikdə buraxılacaq. O, nağd və qeyri-nağd pul ilə yanaşı, milli valyutanın üçüncü formasına çevriləcək. Rəqəmsal rublları saxlamaq və onlarla əməliyyatlar aparmaq, operatoru Rusiya Bankı olacaq xüsusi platformada mümkün olacaq.

Sənəddə qeyd edilib kimi, Mərkəzi Bank tezliklə yeni valyuta forması ilə əməliyyatlar üçün tarifləri və Rusiya banklarının onlara xidmət göstərməyə başlamalı olduğu müddətləri müəyyən etməli olacaq.

Rusiya Bankının sədri Elvira Nabiullinanın sözlərinə görə , rəqəmsal rublla sınaq əməliyyatları bu ilin avqustunda baş tuta bilər, 2024-cü ildə hüquqi şəxslər arasında köçürmələrin aparılması imkanı təşkil ediləcək. Kütləvi həyata keçirilməsi 2025-ci ilə planlaşdırılır.(Publika.az)

0.080262899398804