Rusiyanın Konsulluğu fəaliyyətini dayandıracaq

Rusiyanın Konsulluğu fəaliyyətini dayandıracaq
 

Rusiyanın Kişineudakı konsulluğu Moldova hökumətinin avqustun 15-dək diplomatların ştatını təxminən üçdə iki azaltmaq tələbindən sonra işləri dayandırır.

Paralel.az xəbər verir ki, bu barədə diplomatik missiya öz "Telegram" kanalında məlumat yayıb.

“Rusiyanın Moldova Respublikasındakı səfirliyinin konsulluq şöbəsində müəyyən səbəblərə görə 5 avqust 2023-cü il tarixindən etibarən qəbul müvəqqəti olaraq dayandırılıb”, - məlumatda deyilir.

Rəsmi Kişineu öz qərarını Rusiyanın Moldovada daxili siyasi sabitliyi pozmaq cəhdləri və çoxsaylı qeyri-dost hərəkətləri ilə izah edib.

0.013292074203491