Ermənistanın Rusiyadakı keçmiş səfiri saxlanıldı

Ermənistanın Rusiyadakı keçmiş səfiri saxlanıldı
 

Ermənistanın Rusiyadakı keçmiş səfiri, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun keçmiş direktoru Armen Smbatyan və onun oğlu, Ermənistan Dövlət Simfonik Orkestrinin baş dirijoru Sergey Smbatyan dələduzluqda ittiham olunaraq saxlanılıb.

Paralel.az xəbər verir ki, prokurorun qərarı ilə onlarla birlikdə adı məlum olmayan iş adamı barəsində cinayət işi başlanıb.

Onların hamısı xüsusilə külli miqdarda dələduzluqda ittiham olunublar.

Smbatyanlara qarşı Ermənistanın paytaxtında torpaq sahəsi ilə bağlı sövdələşmədə sui-istifadə işi çərçivəsində ittiham irəli sürülüb. İstintaqın məlumatına görə, tədbirlər nəticəsində dövlətə 2,5 milyon dollar ziyan dəyib.

Smbatyan uzun müddət - 2002-2010-cu illərdə Ermənistanın Rusiya Federasiyasındakı səfiri olub. Diplomatik karyerası 2018-2021-ci illərdə respublikanın İsraildəki səfiri kimi davam etdirilib. 2010-2014-cü illərdə Smbatyan MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fonduna rəhbərlik edib.

Keçmiş səfir daha əvvəl vəzifə səlahiyyətlərindən sui-istifadədə şərik olmaqda ittiham olunub. Yerli media keçmiş tanınmış diplomata qarşı 20 milyon dram (38,2 min dollar) girov tətbiq edildiyini bildirib.(Publika.az)

0.018396139144897