Putinin niyə Afrika ölkələri ilkə əməkdaşlığı gücləndirdiyi məlum oldu - ISW

Putinin niyə Afrika ölkələri ilkə əməkdaşlığı gücləndirdiyi məlum oldu - ISW
 

Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi fonunda təcavüzkar özünü "kollektiv Qərb"dən daha cəlbedici müttəfiq kimi təqdim etməyə çalışır, bunun üçün Rusiya Federasiyası Afrika ölkələri ilə əməkdaşlığı fəal şəkildə gücləndirir.  

Qaynarinfo xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) yeni hesabatında deyilir. Hesabata görə, Kreml danışıqlar yolu ilə nizamlanmada maraqlı olmaq adı altında Ukraynaya Qərbin yardımını ləngitmək üçün özünü sülh planını nəzərdən keçirən kimi təqdim etməyə çalışır.

Materialda deyildiyi kimi, artıq aydındır ki, Kreml heç bir sülh prosesində ciddi iştirak etmək niyyətində deyil.

Analitiklər qeyd edirlər ki, Afrika ölkələri təcavüzkar Rusiyanın taxıl müqaviləsinə son qoymaq mövqeyini tam dəstəkləmir, lakin Putinin üzərinə götürdüyü iqtisadi və təhlükəsizlik öhdəliklərini qoruyub saxlamağa ümid edirlər, çünki onların ehtimal olunan əsas məqsədi iqtisadiyyatlarına təsir etmiş Ukraynadakı müharibənin iqtisadi nəticələrini yumşaltmaqdır.

Xatırladaq ki, 27-28 iyul 2023-cü il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Rusiya-Afrika sammitində Afrika liderləri, xüsusilə Konqo Prezidenti Denis Sassou Nguesso, Seneqal Prezidenti Maki Sall, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa, Afrika İttifaqı Komissiyası Moussa Faki Mahamat Rusiya lideri Vladimir Putini Ukraynadakı müharibəni danışıqlar yolu ilə həll etməyi düşünməyə çağırıb.

Tədbir zamanı Afrika qitəsi nümayəndələrinin qaldırdıqları əsas mövzulardan biri də taxıl tədarükü məsələsi olub. 

Afrika İttifaqının sədri Azali Assoumani Rusiya-Afrika sammitinin yekun nitqində Putinin pulsuz taxıl vədlərinin kifayət etmədiyini bildirib. Afrika Rusiya-Ukrayna müharibəsinin dayandırılmasını tələb edir.

Tədbirdə 54 Afrika liderindən ümumilikdə 17-si iştirak edib (4 il əvvəl Rusiyada keçirilən sammitə 40-dan çox Afrika lideri gəlmişdi).

0.020231008529663