İranda həbsdə olan Azərbaycan vətəndaşı Validə Yusifova azad edilib

İranda həbsdə olan Azərbaycan vətəndaşı Validə Yusifova azad edilib
 

İranda həbsdə olan Azərbaycan vətəndaşı Validə Yusifova azad edilərək Astara sərhəd-keçid məntəqəsində Azərbaycan tərəfinə təhvil verilib.

Paralel.az xəbər verir ki, Validə Yusifova iki il əvvəl Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin qərarı ilə "casusluq ittihamı" ilə həbs edilib.

0.030170917510986