Təyyarələrimiz separatçıların hədəfində: Vəziyyət gərginləşir

Təyyarələrimiz separatçıların hədəfində: Vəziyyət gərginləşir
 

Müdafiə Nazirliyinin son məlumatında qanunsuz erməni silahlılarının təyyarələrə radiomaneələrin tətbiqini son günlərdə intensivləşdirdiyi qeyd olunur.

Belə ki, separatçılar rus sülhməramlılarının yerləşdiyi ərazidən Azərbaycan hava məkanından istifadə etməklə uçuşlar həyata keçirən yerli və xarici şirkətlərin təyyarələrinə radiomaneələr törədir, beləliklə reyslərdə GPS peyk naviqasiya sistemlərində fasilələr yaranır.

Nazirlikdən verilən məlumata görə, məsələ ilə bağlı sülhməramlıların komandanlığına məlumat verilsə də, heç bir addım atılmır. Bu təhlükəli vəziyyət yenə də davam edir.

Qeyd edək ki,  iyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli, iyulun 25-i Budapeşt-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Çexiya Hava Yollarının C-680 tipli və iyulun 27-si Bakı-Qəbələ və əks istiqamətdə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yarandığı qeyd olunur.

0.033861875534058