UEFA “Barselona”nın Çempionlar Liqasında iştirakına icazə verdi

UEFA “Barselona”nın Çempionlar Liqasında iştirakına icazə verdi
 

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) apellyasiya orqanı İspaniya “Barselona”sının qurumun himayəsi altında keçirilən turnirlərdə iştirakına şərti icazə verilməsi barədə qərar qəbul edib.

Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Bldirilir ki, katalon komandası 2023/24 mövsümü üçün UEFA-nın klub yarışlarında iştirak etmək üçün müvəqqəti icazə alıb.

Bunun qarşılığında UEFA “Barselona”dan davam edən araşdırmaların gedişatı barədə etika intizam komitəsini əvvəlcədən məlumatlandırmağı və lazımi bütün sənədləri, məlumatları təqdim etməyi tələb edib.

Xatırladaq ki, ötən mövsüm “Barselona” İspaniya çempionu olub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Martın 15-də məlum olub ki, Barselona məhkəməsi klubun iki keçmiş prezidenti və futbol klubunun özünə qarşı prokurorluğun təqdim etdiyi şikayəti baxılmaq üçün qəbul edib. Klub və keçmiş rəhbərliyi korrupsiya və sənədləri təhrif etməkdə şübhəli bilinirlər. Hakim həmçinin Mülki Qvardiyaya işin araşdırılmasını tapşırıb.

0.014602899551392