"Ermənistan dezinformasiya və manipulyasiya oyunlarına son qoymalıdır" - Hikmət Hacıyev

 

“Ermənistan parlamentinin rəhbəri sözlə oynamaq əvəzinə Azərbaycanın Laçın yolu ətrafında beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş dezinformasiyaya, manipulyasiya oyunlarına və təbliğat kampaniyasına son qoymalıdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə yazıb.

O bildirib ki, Ağdam-Xankəndi yolu hər növ daşınma üçün açıqdır.

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Sminyon daha əvvəl Azərbaycanın beynəlxalq ictimaiyyəti aldatdığını iddia etmişdi.

0.037320852279663