Hikmət Hacıyev Paşinyana cavab verdi

Hikmət Hacıyev Paşinyana cavab verdi
 

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair tvitinə cavab verib.

“Report”un məlumatına görə, Prezidentin köməkçisi qeyd edib ki, Brüsseldə razılaşdırılan Ağdam-Xankəndi yolu bütün növ yüklərin daşınması üçün tam hazırdır.

"Amma bu yoldan istifadəyə imkan verməmək, yerli sakinləri girov kimi istismar etmək, malların çatdırılmasını imitasiyasını aparmaq spekulyasiya, manipulyasiya və şantajdan başqa bir şey deyil”, - H.Hacıyev yazıb.

0.015543937683105