Mahir Emrelinin komandası Çempionlar Liqasına darmadağınla başladı
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Çempionlar Liqasında mübarizəyə başlayıb.
“Qafqazinfo” xəbər verir ki, Xorvatiya təmsilçisi ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyununda doğma meydanda Qazaxıstan “Astana”sı ilə qarşılaşıb.
Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Matça ehtiyat oyunçular skamyasında başlayan Mahir Emreli meydana 80-ci dəqiqədə daxil olub.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-i keçiriləcək.