Xankəndidə “blokada toyu”: “acdırlar”, kef çəkirlər 

Xankəndidə “blokada toyu”: “acdırlar”, kef çəkirlər 
 

Qarabağdakı erməni icması bir yandan üzləşdikləri “blokada”, “humanitar fəlakət”lə üzləşdiklərini bəyan edərək dünyaya haray-həşir salırlar, bir yandan isə eyş-işrətlərindən geri qalmırlar. Necə “blokada” və ya “humanitar fəlakətlə” üzləşməkdir ki, erməni icması istər Xankəndidə, istərsə də rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan turistik məkanlarda istirahət edirlər. Bununla yanaşı, dəbdəbəli toy şənlikləri də keçirirlər.

Paralel.az ” xəbər verir ki, növbəti belə bir dəbdəbəli toy mərasimi Xankəndidə düzənlənib. Özünü irredentislətin “prezidentinin müşaviri” elan edən David Babayan öz Facebook səhifəsində bu barədə yazıb:

“Qarabağda yeni və gözəl ailə quruldu. Belə bir dövrdə yeni ailənin doğulması xüsusi əhəmiyyət kəsb edir. Hər cəhətdən bu gözəl ailənin xaç atası olmaq mənim üçün böyük şərəfdir. Xoşbəxt olun, əzizlərim, sizə uzun ömür, güc və sağlamlıq, səbr və sevgi arzu edirəm”.

0.014678955078125