Zelenski: “Rusiya ordusu mütləq cavabını alacaq”

Zelenski: “Rusiya ordusu mütləq cavabını alacaq”
 

“Rusiya ordusu dinc şəhərlərə endirdikləri raket zərbələrinə görə mütləq cavablarını alacaqlar”.

Paralel.az ” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Rusiya şərinə heç bir bəraət qazandırmaq olmaz. Həmişə olduğu kimi, bu pislik uduzacaq. Odessa üçün isə Rusiya terrorçularına (hərbçiləri – Qeyd) mütləq cavab veriləcək. Onlar bu cavabı hiss edəcəklər”-deyə, o bildirib.

Onun sözlərinə görə, hazırda Odessaya gecə hücumu nəticəsində zərərçəkən şəxslərin hamısına lazımi yardım göstərilir.

0.015704870223999