“Kral”, “Ocaq” və “Best beef” əmtəə nişanlı kolbasa məmulatları...

 “Kral”, “Ocaq” və “Best beef” əmtəə nişanlı kolbasa məmulatları...
 

Məlumdur ki, iyul ayı bəzi kolbasa firmaları üçün sınaq dövrüdür. Onlar ay ərzində dövlət xidmətinə izahat verməli olacaqlar.
"Paralel.az" xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlamasından və cəzasından sonra Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə cavab verməli olacaqlar. Dövlət Xidməti “Sevilən Ad” MMC, “AL-SANA” MMC, “Səhliyalı” Kiçik Müəssisəsi, “MİR-2016” MMC, “Hakan Foods Azerbaijan Trading” MMC, fiziki şəxs Vüqar Tahirov və fiziki şəxs Rövşən Məmmədov haqqında iş qaldırıb.
Qaldırılan iş – ət məhsullarının istehsalı və satışı zamanı əmtəənin keyfiyyəti və başqa xassələri barədə istehlakçını çaşdıra bilən hər hansı məlumatlardan istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri üzrədir. Qaldırılan işlərə iyul ayı ərzində baxılacaq.
"Paralel.az"qeyd edir ki, “Sevilən Ad” MMC “Əsl Dad”, “Dilim-Dilim” markalı, “AL-SANA” MMC “Payım” markalı, “Səhliyalı” Kiçik Müəssisəsi “100 bərəkət Halal Nemət”, “Səhliyalı”, “Halal 5+” markalı, “MİR-2016” MMC “Köhnə Dad” markalı, “Hakan Foods Azerbaijan Trading” MMC “Kral” markalı, Vüqar Tahirov “Best Beef” və “Ocaq” markalı, Rövşən Məmmədov “Dadlıca” marakalı kolbasa və sosiskaların istehsalçısıdır.
Bu firmalardan hər biri haqda araşdırmalar təqdim edəcəyik. Bu dəfə “Kral”, “Ocaq” və “Best beef” əmtəə nişanlı kolbasa məmulatları haqda söz açaq: əvvəla, Əgər “Kral” və digər məhsullar doğrudan da halal məhsul buraxırsa, onda elə bir şərait yaratsın ki, orda istehlakçı təşkilatları, KİV nümayəndələri normal monitorinq keçirə bilsinlər. Onlar öz maliyyə mənbələrini açıqlasınlar. Görək bank kreditləri, borcları yoxdur ki? Onlayn izləmə sistemi varmı? Və yalnız bu hallar, şəffaflıq olarsa, əlbəttə, halallığını təsdiq etmək olar. Zaman- zaman bu firmalardan şikayətlər olub. Onların adı ilk dəfə çəkilmir. Həm mediada çoxsaylı iddialar, vətəndaş narazılıqları var, həm də AQTA neçənci dəfədir ki, bu şirkətlərin adlarını açıqlayır. Deməli, onlarla bağlı problem var.

0.018008947372437