Avropada elektrik avtomobil satışı ilk dəfə dizel satışını ötüb

Avropada elektrik avtomobil satışı ilk dəfə dizel satışını ötüb
 

Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) iyun ayı üzrə cari satış məlumatlarını dərc edib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, Avropa Birliyində elektrikli avtomobillər tarixdə ilk dəfə aylıq satış həcminə görə daxili yanma mühərrikli dizel avtomobilləri geridə qoyub.

İyun ayında Avropa İttifaqında satılan avtomobillərin ümumi sayının 13,4%-i (140 min) dizel avtomobilləri, 15,1%-i (158 min) elektrik avtomobilləri, 25%-i hibrid avtomobillər və 36,3%-i benzinlə işləyən avtomobillərdir.

Məlumatlara görə, dövrün ən populyar modeli Tesla Model Y olub. Həmçinin lider avtomobillər siyahısında Dacia Sandero, Volkswagen T-Roc, Opel Corsa, Peugeot 208, Renault Clio, Toyota Yaris Cross, Volkswagen Tiguan, Volkswagen Golf və Dacia Duster var.

 

0.014281034469604