Moldova ilə Qaqauziya arasında vəziyyət gərginləşir

Moldova ilə Qaqauziya arasında vəziyyət gərginləşir
 

Moldavanın Qaqauziya Muxtar Bölgəsində rəhbər vəzifəsinə keçirilən son seçkilər Kişinyovla Komrat arasında gərginliyə səbəb olub. Nəticədə Moldova prezidenti Maya Sandu Qaqauziyanın yeni seçilən rəhbəri Yevgeniya Qutsulun inaqurasiya mərasimində iştirakdan imtina edib.

Paralel.az ” xəbər verir ki, Moldava hakimiyyətinin Qaqauziya ilə yaranan gərginliyin yaranmasının əsas səbəbi yeni seçilən rəhbər Yeveniya Qutsulun rusiyapərəsr “Şor” patiyasının namizədi olmasıdır. 

“Seçki kampaniyası zamanı cinayətkar qruplaşma tərəfindən dəstəklənən və Konstitusiya Məhkəməsi tərəfindən konstitusiyaya zidd hesab edilən siyasi partiyaya mənsub olan şəxsin andiçmə mərasiminə getməyi lazım bilmədiyim üçün getmədim”, - Moldova prezidenti Sandu brifinqdə deyib.

Qutsulun qaqauz rəhbəri seçilməsi ilə bağlı fərmanı imzalayacaqmı sualına gəldikdə isə Moldova prezidenti qanunlara ciddi əməl ediləcəyini bəyan edib.

Qeyd edək ki, inauqurasiya mərasiminə Moldova prezidenti Sandu, parlamentin sədri İqor Qrosu, baş nazir Dorin Reçen dəvət olunsa da, heç biri gəlməyib. Bununla belə, ölkə rəhbərliyi bir çox xarici diplomatları andiçmə mərasimində iştirakdan çəkindirib.

 

0.055392980575562