Bakıda anası tərəfindən zibil qutusuna atılan körpənin son vəziyyəti AÇIQLANDI

Bakıda anası tərəfindən zibil qutusuna atılan körpənin son vəziyyəti AÇIQLANDI
 

İyul ayının 17-də Sabunçu rayonunda anası tərəfindən məişət tullantıları qutusuna atan 10-15 günlük körpənin son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulan körpənin müalicəsi TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir:

“Körpənin vəziyyəti kafidir, göbəyi düşmək üzrədir, qidalanması normaldır, sarılığı gedib. Təkrar analizlər götürülüb, nəticələri yoxlanılır”.

Xatırladaq ki, yeni doğulan körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına yerləşdirilmiş, ona mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulmuşdu.

0.016560077667236