Qadınlararası Dünya Çempionatında öncəsi silahlı hücum: ölənlər var

Qadınlararası Dünya Çempionatında öncəsi silahlı hücum: ölənlər var
 

FİFA Qadınlararası Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Yeni Zelandiyanın Oklend şəhərində açılışa saatlar qalmış silahlı insident yaşanıb. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 08:22-də şəhərin biznes mərkəzində tikinti meydançasında baş verib.

Hadisə nəticəsində 2 nəfər həlak olub, biri polis olmaqla 5 nəfər yaralanıb.

Belə ki, cinayətkar lift boşluğuna girərək bir müddət atəş açmağa davam edib.

Polisin məlumatına görə, hücum edən şəxs daha sonra hadisə yerində ölü tapılıb. Cinayətkarın hadisənin baş verdiyi tikintidə işləyən 24 yaşlı gənc olduğunu bildirib.

Hadisənin terror aktı ilə əlaqəli olmadığı, turnirin planlaşdırıldığı kimi davam edəcəyi bildirilib. 

Qeyd edək ki, bu il 9-cu dəfə təşkil olunan qadınlar arasında dünya çempionatına Yeni Zelandiya və Avstraliya ev sahibliyi edir. Eden Parkda baş tutacaq qadınlararasında dünya çempionatının açılış matçında Yeni Zelandiya Norveçlə qarşılaşacaq.

Günay

0.1067910194397