ETN "Azərbaycan - 2030 strategiyası"nı reallaşdıra biləcəkmi? 

ETN
 

Məlim olduğu kimi "AZƏRBAYCAN 2030" Strategiyasında insan kapitalının, innovasiyaların və təhsilin inkişafına xüsusi önəm verilmişdir. Strategiyada həmçinin 2 yıdqiqat universitetinin yaradılması və 3 universitetimizin yaxın 3 ildə TOP 800 -ə düşməsi 

qeyd edilmişdi. Amma ən yaxşı halda 2026-cı ilə reytinqlərdə cəmi bir universitetlə, yəqin ki, UNEC-lə təmsil oluna bilərik. Bunun üçün ETN və hökumət bu universitetə güclü investisiya qoymalıdır. Bizdə ənənəvi olaraq belə düşünüblər ki, (hətta bəzi təhsil nazirləri də ) elm və təhsil investisiya qoymadan da inkişaf edə bilər. Bu köklü səhv və çox ziyanlı fikirdir. Nəticəsi də göz qabağındadır.
Dünya universitetlərinin qlobal reytinq cədvəllərində milli universitetlərimizin ənənə üzrə aşağı yerlərdə olmasının bir səbəbi də ölkəmizdəki ATM-də distant təhsilin olmamasıdır. Bu barədə xeyli məqalələr və təkliflər verilmişdi, o cümlədən pandemiya vaxtında da.
Problemlər isə illərlə həll edilmir, məsələni bir daha "təhsil menecerləri"nin nəzərinə çatdırmaq istədik. Axı hər zaman "mənə problemlərdən danışın, məişət mövzularından yox" deyən təhsil menecerləri niyə təhsildəki çoxsaylı problemlərə və bunlarla əlaqəli azsaylı təkliflərə heç bir münasibət bildirmirlər?
Susqunluq və durğunluq davam etdikcə heç bir strateji hədəflərə çata bilmərik.
Onlayn təhsi qloballaşmanın təzahürüdür. Distant təhsil sistemi qurmayan ölkələrin universitetləri qlobal reytinqi yüksək olan universitetlərə daim uduzacaqlar. Çünki distant təhsili olmayan universitet ciddiyə alınmır. Belə ATM tədricən tələbələrini itirəcək, qlobal rəqabətdə məğlub olaraq öz fəaliyyətini saxlamaq məcburiyyətində qalacaqlar.
Tədqiqat universitetlərinin yaradılması haqqında da fəaliyyət hiss edilmir.
Bu strateji hədəf də ölkədə elm və təhsilin, ATM-nin ağır durumunu nəzərə alsaq real görünmür. Bu istiqamətdə də BDU daha şanslı görünür.
Amma bu universitetin görməli olduqları işlər hələ çoxdur bu istiqamətdə.
Göründüyü kimi qeyd edilən milli strategiyanın insan kapitalı və təhsil blokunun icrasında xeyli problemlər var.
Amma son 20 ilin təcrübəsi göstərir ki, TN və sonralar isə ETN dövlət proqramlarının, strategiyaların, fərman bə sərəncamların icrasında çox vaxt səriştəsizlik edib, deyəsən yenə də bu niyyətdədir.

Do. İlham Əhmədov

0.039287090301514