Türkiyənin cənubunda 52 dərəcəyə qədər anomal istilər qeydə alınıb

Türkiyənin cənubunda 52 dərəcəyə qədər anomal istilər qeydə alınıb
 

Türkiyənin cənub və cənub-şərqində yerləşən Adana və Diyarbəkir vilayətlərində yüksək temperatur qeydə alınıb.

Paralel.az “Hürriyət” qəzetinə istinadla xəbər verir ki, ötən gün termometrlər müvafiq olaraq 52 və 48 dərəcəni göstərib.

Təkcə insanlar deyil, heyvanlar da dözülməz istidən əziyyət çəkib. Şəhərin küçə və meydanları bütün günü boş olub.

Daha əvvəl bildirilib ki, Türkiyədə anomal istilər səbəbindən elektrik enerjisi istehlakı ilə bağlı uçotlar yenilənir.

Qeyd edək ki, yüksək temperatur səbəbindən hər gün çoxsaylı meşə yanğınları baş verir.

Günay

0.022279977798462