Məşhur türkiyəli müğənni 10-cu dəfə baba olacaq

Məşhur türkiyəli müğənni 10-cu dəfə baba olacaq
 

Yeddi övladından doqquz nəvəsi olan məşhur türkiyəli müğənni İbrahim Tatlısəs 10-cu dəfə baba olmağa hazırlaşır. 

Paralel.az “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, müğənninin oğlu İdo Tatlısəs və Yasemin Şefkatli Tatlısəs ilk körpələrini gözləyir.

Belə ki, Yasemin Şefkatli Tatlısəs 2,5 aylıq hamilədir. 

Körpənin cinsi hələ məlum deyil. 

Xatırladaq ki, İbrahim Tatlısəs və Derya Tunanın oğlu İdo Tatlısəs 2021-ci ildə sevgilisi Yasemin Şefkatlı ilə nikah masasına əyləşib. 

Günay

0.0224609375