Böhtan xarakterli iddialar təkzib edildi - VİDEO

Böhtan xarakterli iddialar təkzib edildi - VİDEO
 

ƏHƏD ABIYEV MÜLKLƏRİNİN OLMASI İLƏ BAĞLI ƏSASSIZ, UYDURMA, YALAN, QƏRƏZLİ VƏ BÖHTAN XARAKTERLİ İDDİALARI TƏKZİB EDƏRƏK BARƏSİNDƏ DEYİLƏN ŞAYİƏLƏRİN SƏBƏBİNİ AÇIQLADI

Əhəd Abıyev: “Mənimlə bağlı əsassız, şər-böhtan xarakterli əmlaklar siyahısı 3 il bundan əvvəl xaricdəki radikal blogerlər və “Kanal13” vasitəsi ilə qərəzli formada yayılmışdı. Uydurulmuş, tam yalan məlumatlardan ibarət həmin saxta əmlaklar siyahısı ilə bağlı o vaxt hüquq-mühafizə orqanlarına müraciət edilmiş, məsələ məhkəməyə verildikdən sonra əsassız siyahını yayan cavabdeh şəxslərin barəsində hüquqi tədbirlər görülmüş və onlar üzr istəyərək bir sıra saytlarda, o cümlədən “Kanal13"-də təkziblər vermişlər.
Bir neçə gün əvvəl öz xahişimlə vəzifədən azad edildikdən sonra 3 il bundan qabaq üzr istəməklə təkzib edilmiş mənə aid edilən həmin uydurulmuş əmlaklar siyahısını indi bilərəkdən qərəzli formada təşkil edib yenidən gündəmə gətirib mənfi ictimai rəy formalaşdırmağa çalışırlar. İqtidarda olan vəzifəli şəxslər işdən azad olunduqdan sonra onların barəsində belə yalan, uydurma, qərəzli, həqiqəti əks etdirməyən məlumatların yayılması artıq ənənə halını almışdır. Heç bir halda ifadə azadlığı vətəndaşın işgüzar nüfuzunu, şərəf və ləyaqətini ləkələmək hüququ vermir”.

Daha ətraflı: 3 il əvvəl “Kanal13”də yayımlanmış təkzib videosunda.

 

0.050158977508545