Avropa Parlamentinin üzvləri BCM-ni Lukaşenkonun həbsi üçün order verməyə çağırıblar

Avropa Parlamentinin üzvləri BCM-ni Lukaşenkonun həbsi üçün order verməyə çağırıblar
 

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Haaqa Beynəlxalq Cinayət Məhkəməsini (ICC) Aleksandr Lukaşenkonun həbsi üçün orderin verilməsini nəzərdən keçirməyə çağıran hesabat dərc edib, həmçinin Belarusun Moskvaya “tabeliyindən” narahatlığını ifadə edib.

Deputatlar qeyd ediblər ki, Belarus “Ukraynaya dəymiş ziyana və onun ərazisində törədilən cinayətlərə”, o cümlədən ukraynalı uşaqların Rusiyaya verilməsinə görə məsuliyyət daşıyır. Buna görə də deputatlar BCM-ni Lukaşenkonun həbsinə order verməyə, Aİ ölkələrini isə “bəşəriyyətə qarşı cinayətlərə və soyqırıma görə məsuliyyət daşıyan Belarus siyasi və hərbi liderlərinin cinayət təqibini təmin etmək üçün beynəlxalq səviyyədə bütün lazımi addımları atmağa” çağırıblar.

Bundan əlavə, Avropa Parlamentinin fikrincə, ukraynalı uşaqların zorla deportasiyasında iştirak edən şəxsləri əlavə etməklə, barələrində sanksiyalar tətbiq edilən belarus və rusların siyahısını genişləndirmək lazımdır.

Şahnaz

0.50572896003723