NATO Ermənistanı parçalayıb logistikaya nəzarət edəcək - Abovyan

NATO Ermənistanı parçalayıb logistikaya nəzarət edəcək - Abovyan
 

“Biz Ermənistan və Qarabağ ətrafında vəziyyətin kəskin eskalasiyası nöqtəsinə doğru sürətlə gedirik”.

Paralel.az ” xəbər verir ki,  erməni siyasətçi, Ermənistan parlamentinin sabiq deputatı Arman Abovyan deyib.

“Təəssüf ki, bu gözlənilən idi, çünki Qarabağda hər hansı hadisə, vəziyyət, eskalasiya dərhal Ermənistana təsir edir və əksinə. 
Bifurkasiya nöqtəsi Qərbin Türkiyə-Azərbaycan vasitəsilə Rusiya-İran faktorunu bölgədən sıxışdırıb çıxarmaq üçün aktiv fazaya başladığı vaxt gəldi. 
Aİ rəhbəri Şarl Mişelin regionda logistika infrastrukturunu maliyyələşdirməyə hazır olması ilə bağlı son bəyanatı belə başa düşülməlidir. NATO Ermənistanın parçalanmasını və Qarabağın (arsaxın dağılmasını nəzərdə tutur) dağıdılmasını effektiv şəkildə təşviq edərək Ermənistanın cənubunun logistikasına nəzarət edəcək. 
Yəni Qərb-Şərq qarşıdurması bizim üçün ən mənfi nəticələrlə təhlükəli tempi toplamağa başlayır.
Şübhəsiz ki, maraqların toqquşması, Naxçıvan – Zəngəzur (Sünik) - Tavuş – Yerasx (Arazdəyən)  - Qarabağ kontinental Azərbaycan xətti ilə gedəcək.

Həmçinin şübhəsiz ki, Ermənistanın hazırkı hakimiyyətinin avro-amerikalı “dostları” da vəziyyətin gərginləşməsinə həvəslə dəstək verəcəklər”, - Arman Abovyan qeyd edib.

Mürtəza
Paralel.az

0.021440029144287