Doğum gününüz mübarək, Kəmalə xanım!

Doğum gününüz mübarək, Kəmalə xanım!
 

Hörmətli Kəmalə xanım !
Sizi doğum gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm !
Yaradıcılığınızda uğurlar arzu edirəm !
Sizin haqqınızda həmişə dediyim bir söz var. Şedevrlər sahibinin bu qədər sadə olması insanı duyğulandırır. Düşünürsən ki, İlahi, hər təhsil sezonu bu qadının sözləri ilə açılıb - bağlanır. Amma Kəmalə xanım elə davranır ki, sanki bu sözlər onun deyil. Sanki "Özün günahkarsan", "Yağış yağır", "Bakı haqqında nağıl", “Əzizim” və.s ona aid deyil. Bu qədər təvazökar olmaq kövrəldir.
Mənə görə Kamalə xanım öz dünyasında bağışlamaq mövzusunu daha aktual edib, "yamanlığa yaxşılıq nər kişinin işidir" mifinin üzərindən xətt çəkən şəxsdir. Deyir ki, Kamalə xanım: "İnsan o qədər bağışlayır ki, hətta bağışlamağın da əziyyətini çəkir. Bağışlamağın özü belə insanı bağışlamır bəzən”.
Ümid edirəm ki, Kəmalə xanım bu ölkənin xalq şairəsi olar. Mən həmişə Kəmalə xanıma bunu arzu edirəm: siz bu sektorda öz sadəliyiniz və yaradıcılığınız ilə elə bir iz qoyasınız ki, sizin haqqınızda belə bir ifadə işlətsinlər "hər oxuyan Kamalə Abiyeva olmaz !"
Varlığınız üçün sağolun Kamalə xanım !

Yarpaqlar titrəsə bil ki, səsimdi,
Sənə pıçıldaram var ol əzizim.
Sənin var olmağın mənim bəsimdi,
Elə varlığınçün sağ ol, əzizim.

Yaşar Allahverdiyev,
tələbə,STEP İT AKADEMU

0.38236093521118