Pasterdən türkiyəli sənətçilərə: “Səhnəni boşaldın!” - VİDEO

Pasterdən türkiyəli sənətçilərə: “Səhnəni boşaldın!” - VİDEO
 

Bakı çimərliklərindən birində təşkil olunan festivalda qalmaqal yaşanıb. 

Yenisabah.az xəbər verir ki, “Mavi Gri” qrupu gecənin irəliləyən saatlarında səhnədə çıxış edib.

Türkiyənin məşhur qrupunun ifasından sonra isə azərbaycanlı reper Pasterin (Pərviz Quluzadə) çıxışı gözlənilsə də, reper səhnəyə çıxar-çıxmaz qalmaqal yaşanıb. 

Belə ki, Paster əvvəlcə sosial şəbəkə hesabında "Buradayam, səhnənin arxasından səsinizi eşidirəm. Məndən öncə səhnədə olanlar sizi yorur, görürəm. Bir azca da səbir...", - deyə paylaşım edib. 

Daha sonra səhnəyə çıxan reper özündən əvvəl çıxış edən türkiyəli qrupun musiqi alətlərini səhnədən toplamasına icazə verməyib.

"Səhnəni boşaldın! Bakı bizimdir, səhnəni boşaldın!", - deyən Paster səhnədə qalmaqal yaradıb və qrupun texniki heyətini səhnədən endirib.

0.015596866607666