Niyə elm və təhsil ölkəsi ola bilmirik? -dos. İlham Əhmədov

Niyə elm və təhsil ölkəsi ola bilmirik? -dos. İlham Əhmədov
 

20 ildir insan kapitalı formalaşdırmaq istəyirik, bu barədə yaxşı bəyanatlar veririk. Amma "Elm və Təhsil ölkəsi olaq" kimi məqsədimiz hələ də yoxdur, bu adda nazirliyimiz olsa da. 

Niyə buna can atmırıq? Düşünürük ki, bəyanatlarla bu problemlər həll olunacaq?

Digər tərəfdən "İdman ölkəsiyik" deyirik, amma buna çabalar edirik, bilirik ki, təkcə sözlə, niyyətlə iş aşmaz, "Təhsil millətin gələcəyidir" desək də, "idman millətin gələcəyidir" kimi düşünür və hərəkət edirik.
Ən yaxşı idman məşqçiləri və menecerərini xaricdən dəvət edirik. Eyni zamanda elmə və təhsilə aidiyyatı olmayanları bu sahəyə rəhbər təyin edirik.
Hesab edirik ki, idmançının yüksək nailiyyət qazanması üçün ona ev, maşın, bağ evi, yüksək qonorar, yüksək əmək haqqı, bonus verilməli, mütəmadi olaraq tibbi müayinədən keçirilməli, beynəlxalq tədbirlərdə iştirakı təmin edilməlidir. Heç də cavan olmayan və sayları ilbəil azalan alimlər isə az maaşla, xeyli maddi problemlərlə, normal tibbi və sosial təminatı, istirahəti olmadan, heç bir xarici ezamiyyə və digər peşə xərcləri ödənilmədən, 20-30 il məhsuldar işləməli, ondan 10 dəfə yüksək əmək haqqı alan Avropa alimləri səviyyəsində nəticələr əldə etməlidir.
Bu əsasda iqtisadiyyatımız da analoqsuz inkişaf etməlidir. Bu düşüncə ilə insan kapitalını inkişaf etdirməyə, qeyri neft sektorunu, milli innovasiya sistemini yaratmağa, ixrac yönlü iqtisadiyyat qurmağa ümid edirik. Onda hələ 20 il də gözləyək, sonda Afrika səviyyəsində "insan kapitalı" yaradaraq, "yüksək texnoloji" iqtisadiyyat qurarıq.

"Paralel.az"

0.072948932647705