Nənəsi ölmüş adam... - Bərxudar Hüseynov
Doqquz uşaq olmuşuq ,bizi nənəm yekəldib..
Özünün bircə qızı olub oda anam..Nənəm kişi kimi arvad idi ,hələ desən kişi zad dolamazdı.Dindirəndə karsız kişilərin haqqında min cür layır -latayır danışırdı.Elə şey deyirdi onu yazsam biyabırçılıq olar.
Çoxlu qoyunumuz vardı ,lap dörd yüz dənə .
Bir belə qoyunu atam mənəmin hesabına artırmışdı. Çoxlu qoyun yunumuz olurdu, nənəm yunun pıtraqlısını pisini Qafanda erməni harsınlarına satırdı. Bir növ onlara nömrə gəlirdi, çünki pıtrağı təmizləmək çətin idi. Nənəm də pıtraqlı yunu itəliyirdi ermənilərə. Qırmızı onluqları alıb erməninin evindən çıxan kimi, ölülərinin də kəlləsini özünə aid olan naməhrəm yerləri ilə ayıblayırdı .
Bir heylə pulnan məni beş il allatdı bir velosiped almadı ki, sürüm...
Qafannan qatarnan qayıdanda qırmızı onluqları gizlədib pravadnikə qəpik göstərirdi, çünki vaqona biletsiz minirdik. Deyirdi mən qoca arvad, bu da uşaq .Buna "yelsovet" almaq istəyirdim pulum olmadı yazıq uşağı ağlada - ağlada geri qaytarıram.
Mən də acıqcan deyirdim ki, yalan deyir erməni arvadlarının anasını ağladıb, pis yunu satıb cibi onluqlarnan doludu.
Nənəm cırnayırdı, tez deyirdi, yalansa dədən nənən ölsün. Atamı anamı deyirdi, özü də pula görə sidqi ürəkdən söyürdü.
Nənəm pulu sandığa yığırdı, deyirdi "məktəbi qutar səni pul verib məkəmə oxudajam". Mən də sandıqdakı pullara görə oxumağın başını buraxmışdım. Özü də bunu hamının yanında deyirdi.
Bir dəfə əmim dedi ki, Zahra sən bu uşağı pozub bərəkətinə şı...n ..
Sən demə balaca qardaşım sandığın dalınnan petlənin mıxların çıxardıb puldan yayındırırmış ...
Məktəbi qurtaranda sandıqdan cəmi dörd min pul çıxdı .
Atam da otuz beş qoyun satdı birin yüz manata..
Bir heylə pulunan bir adam tapa bilmədik ki, məni inistututa qoysun.
İşim alınmadı. Atam təzədən o pula qoyun aldı, mənnən bir yerdə 71 qoyunumuz artdı.
Nənəm 2002 də Bakıda rəhmətə getdi. Noyabr ayında, yağışlı, çiskinli bir gündə, həm də soyuqlu havada.
Nənəmin molla tayfasından zəndi - zəhləsi gedərdi. Elə ona görə də yasa adlı sanlı molla çağırmadıq. Xırdalan qəbrəstanlığında yolun qırağında duran mollalardan birin alıb maşına dəfn üçün apardım. Beş bacım, dörd gəlinlərimiz nənəmin üstündə şivən eləyirdi. Anam da dil deyib ağlayırdı. Gəlinlər anama görk üçün ağlayırdı, içi mənim arvadım qarışıq gəlinlərə ütü çəkmişdi nənəm...
Nənəmi dəfn edib qayıdanda hamı ağlamağını kəsmişdi, deyib gülürdülər.
Yalannan nə deyim mənim də vecimə deyildi. Çünki nənəm mənə velosiped almamışdı..
"Paralel.az"