İsrail nazirinin vacib Bakı səfəri nədən xəbər verir? - "Mako" nəşri yazır

İsrail nazirinin vacib Bakı səfəri nədən xəbər verir? -
 

“Qalantın prezident Əliyevlə görüşü son illərdə prezidentin yüksək rütbəli xarici rəsmilərlə keçirdiyi görüşlərdən ən uzunu olub. Tərəflər İrana qarşı hərəkətləri dərindən müzakirə ediblər”.

Paralel.az xəbər verir ki, bu barədə İsrailin “Mako” xəbər saytı yazır.

Məqalədə deyilir: “(Azərbaycan və İsrail arasında) münasibətlərin dərinləşməsi və “Tehrana doğru vahid cəbhə” yaratmaq cəhdi iranlıların var gücü ilə mübarizə apardıqları və İranın Bakını kəskin tənqid etməsinə səbəb olan addımdır”.

Nəşrin yazdığına görə, İsraillə Türkmənistan arasında münasibətlərin möhkəmlənməsi də, Tehranı narahat edir, o bunu İsrailin “öz ətrafına boğucu qalstuk bağlamaq” cəhdi kimi qiymətləndirir.

Mako yazır: “Ona görə də Qalantın bu həftə Bakıya səfəri çox vacibdir... Azərbaycanlıların qabaqcıl silahlar alması, gələcək işlərin xəbərçisidir”.

Paralel.az

0.023102998733521