Paşinyanın uzatdığı “Qarabağ qovluğu”, Mişelin reaksiyası - VİDEOFAKT

Paşinyanın uzatdığı “Qarabağ qovluğu”, Mişelin reaksiyası - VİDEOFAKT
 
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelə Qarabağdakı erməni quldurbaşı Arutunyandan “məktub” verib. 
 
Paralel.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi bildirib.
 
Videoda Mişelin Paşinyanın sözlərinə məhəl qoymayaraq köməkçisinə kağız parçası olan qovluğu necə verdiyi aydın görünür.
 
Aİ rəhbərinin reaksiyası kifayət qədər başadüşüləndir və onun mayın 14-də verdiyi bəyanatla təsdiqlənir: 
 
“Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə bağlı fikir mübadiləsini davam etdirdik”. 
 
DQMV Azərbaycan SSR-nin tərkibində olub və Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli qanunu ilə ləğv edilib: onun ərazi vahidləri Azərbaycanın Respublika tabeliyində olan rayonlarının siyahısına daxil edilib.
 
Hətta Ermənistanın özü də mifik “Artsax”ın “müstəqilliyini” tanımırdı. Paşinyan isə mayın 22-də deyib: “Azərbaycanın Ermənistan tərəfindən tanınan ərazisi 86,6 min kvadrat kilometr hüdudundadır və buraya Qarabağ da daxildir”.
 

0.022222995758057