“Putin birliyimizin dağılacağını düşünürdü” - Co Bayden
“Putin birliyimizin dağılacağını düşünürdü. O, səhv etdi”. Co Bayden Vilnüsdə keçirilən sammitdə çıxış edib
ABŞ prezidenti Co Bayden NATO sammitinin yekunlarına görə Vilnüsdə çıxış edərək Şimali Atlantika alyansının birliyini bəyan edib. O, CNN-ə istinadən xəbər verir.
Baydenin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin alyansı məhv edəcəyinə mərc edirdi, lakin bu baş vermədi.
“Putin ilk sınaqda birliyimizin dağılacağını düşünürdü. O, demokratik liderlərin zəifləyəcəyini düşünürdü. Lakin o, yanıldı”, - deyə Bayden bildirib.
Amerika prezidenti bildirib ki, ABŞ bir il yarım müharibəyə baxmayaraq azad və müstəqil ölkə olaraq qaldığını söyləyən Ukraynanı dəstəkləməyə davam edəcək.
“Biz imtina etməyəcəyik. Ukraynaya bağlılığımız zəifləməyəcək. Biz bu gün, sabah və nə qədər lazımdırsa, azadlığın tərəfdarı olacağıq”.
Bayden daha sonra azadlığı müdafiə etməyi “ömürlük çağırışımız” adlandırdı, eyni zamanda Rusiyanın Ukraynaya təcavüzünü şiddətlə pislədi.
“Suverenlik, ərazi bütövlüyü. Bunlar xalqlar arasında sülh münasibətlərinin iki sütunudur. Bir ölkəyə qonşusunun ərazisini zorla ələ keçirməyə icazə vermək olmaz. Sabah Rusiya qoşunlarını Ukraynadan çıxarmaqla bu müharibəni bitirə bilər. Beynəlxalq sərhədlərini tanıyaraq və hücumlara - qeyri-insani hücumlara son qoymaqla...”, - deyə o bildirib.
Bununla belə, Bayden əlavə edib ki, Moskva indiyədək diplomatik nəticəyə maraq göstərməyib.