Serxio Ramos Braziliyada oynamağı planlaşdırır

Serxio Ramos Braziliyada oynamağı planlaşdırır
 

Serxio Ramos Braziliya çempionatında oynamağı planlaşdırır.

Paralel.az saytı xəbər verir ki, 37 yaşlı müdafiəçi “Flamenqo” klubu ilə danışıqlar aparır.

Mövsümün sonunda PSJ-dən azad agent kimi ayrılan ispan futbolçu okeanın o tayına köçməyin əleyhinə deyil. Klubdan verilən açıqlamada yaxın günlərdə rəsmi müqavilənin imzalanacağı bildirilir.

Qeyd edək ki, 16 il Madrid “Real”ının şərəfini qorumuş Ramos son mövsümdə Fransa PSJ-si ilə 58 matçda iştirak edib.

0.10226011276245