"Bizi silahla qorxudub, pulları əlimizdən alırdılar" - Xalq artisti Bilal Əliyev

 

Xalq artisti Bilal Əliyev 36 il əvvəl toylarda qarşılaşdığı hadisədən danışıb. 

Müğənni bu haqda "Elgizlə izlə" verilişində danışıb. 

"1993-cü ilin iyununda vətəndaş qarşıdurması başladı. İnanın, o illərdə o qədər zülmlər çəkdik ki... Biz toylara gedə bilmirdik. O zamanlar mən və bir sıra həmkarımız çox dəbdə idik. Ən bahalı məclisləri aparırdıq. Toydan yığılan pulları ələ keçirib, bizi silahla qorxudurdular. Onlar bütün pulları alırdılar" deyə, B.Əliyev əlavə edib. 

 

0.016463041305542