Ermənistan və Azərbaycan üçün yeni çiçəklənmə dövrü açılacaq - Diplomat

Ermənistan və Azərbaycan üçün yeni çiçəklənmə dövrü açılacaq - Diplomat
 

“Kommunikasiyaların açılması Ermənistanın maraqlarına uyğundur və bu, İrəvanın Rusiyadan asılılığını azaldacaq. Bu da Azərbaycanın xeyrinə olacaq və bundan faydalanacaq”.

Paralel.az ” xəbər verir ki, bunu amerikalı diplomat Ceyms Uorlik “Güc faktoru” verilişində deyib.

Onun sözlərinə görə, Türkiyə ilə sərhədlərin açılması Ermənistanın da xeyrinə olacaq. “Əminəm ki, vaxt gələcək Türkiyə ilə sərhədi açmaq mümkün olacaq və bu, Ermənistana böyük fayda verəcək”, – diplomat qeyd edib.

O eyni zamanda əminliklə qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Ermənistan və Azərbaycan üçün yeni çiçəklənmə dövrü açacaq.

“Buna nail olmaq asan deyil, lakin bu məsələ gündəmdə olmalıdır. Kommunikasiyaların bərpası son dərəcə vacibdir və Ermənistanın maraqlarına uyğundur, çünki bu, bir sıra məsələlərdə Rusiyadan asılılığı azaldacaq. Azərbaycan da bundan faydalanacaq. Əsas vacib məsələ ondan ibarətdir ki, Qarabağ probleminin həllində irəliləyiş əldə olunarsa, bu da regionun layiq olduğu bir çox müsbət hadisələrə qapı açacaq”, - amerikalı diplomat qeyd edib. 

ABŞ-nin Cənubi Qafqazda maraqlarına gəldikdə isə diplomat bildirib ki, Vaşinqtonun bölgədə hər zaman maraqları olub.

“Əlbəttə, həmin maraqlara Azərbaycanın enerji sektorundakı maraqlar əlavə olunub, lakin bununla məhdudlaşmır. Biz Cənubi Qafqazda sabitliyin qorunmasında maraqlıyıq. Terrorla mübarizə sahəsində də ümumi məqsədlərimiz var”, - Uorlik vurğulayıb.

 

0.094197034835815