ATƏT-in keçmiş həmsədri: Ermənilərə Azərbaycanın tərkibində təhlükəsizliyinə təminat verilə bilər

ATƏT-in keçmiş həmsədri: Ermənilərə Azərbaycanın tərkibində təhlükəsizliyinə təminat verilə bilər
 

Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağdakı insanlara müəyyən status verilə bilər.

Paralel.az ” xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dən olan keçmiş həmsədri Ceyms Uorlik “News.am”a müsahibəsində deyib. 

Ameriaklı diplomatın sözlərinə görə, burada söhbət Qarabağın müstəqil dövlət statusu almasından getmir: “Burada söhbət Qarabağdakı insanların Azərbaycanın tərkibində sülh və təhlükəsizlik şəraitindən yaşamının təmin olunmasından gedir”.  

Diplomat əlavə edib ki, vaxt gələcək ermənilər və azərbaycanlılar dinc və təhlükəsiz yanaşı yaşaya biləcəklər, lakin bunun üçün etimad quruculuğu tədbirləri görülməlidir: “Azərbaycan hökuməti bu məsələ ilə bağlı xoş niyyətini ortaya qoyub həmin insanların özlərini təhlükəsiz, əmin-amanlıqda hiss etmələri və yaxşı yaşamaları üçün müəyyən səxavət nümayiş etdirməlidir”.

O eyni zamanda bildirib ki, Bakı və İrəvan, o cümlədən Qarabağdakı insanlar mövcud vəziyyəti qəbul etməli və əhalinin hüquqlarını təmin edən həll yolunda çalışmalıdırlar.

 

0.017077922821045