"1400 həkimimiz Almaniyaya gedib, papağımızı qabağımıza qoyub düşünməliyik”

 

1359 həkim azərbaycanlı həkim işləmək üçün Almaniyaya üz tutub.

Paralel.az xəbər verir ki, bu barədə invaziv kardioloq, tibb elmləri namizədi Üzeyir Rəhimov paylaşım edib. Onun fikrincə, həkimlərimizin Almaniyaya üz tutmasının bir neçə səbəbi var:

“Azərbaycandan sadəcə Almaniyaya 1400 həkim getməsi çox düşündürücüdür. Bu sayın zamanla artacağı da dəqiqdir. Buna səbəb olacaq bir çox faktor var: təhsil aldıqları universitetdəki və ya daha sonra çalışmağa (staj görməyə) başladıqları yerlərdəki aldıqları psixoloji travmalar, güvənli, həkim haqlarını qoruyan,həkim və pasient əlaqələrini tənzimləyən qaydaların olmaması və bu barədə ümumiyyətlə düşünülməməsi, maddi rifah və mənəvi əminliyin olmaması.

Yəqin ki, heç kəs vətənini qoyub getmək istəməz. Üzücü olsa da, ora gedən məsləkdaşlarım adına sevinirəm. Heç olmasa 1400 həmyerlim həkim rahat olacaqlar və lazım olanda buradakı gənc məsləkdaşlarımıza da indiyə qədər etdikləri kimi yardım edəcəklər. 12 il xarici ölkədə tibb təhsili alıb vətənə qayıdan biri olaraq çox şey yaza bilərəm. Papağımızı qabağımıza qoyub düşünməliyik”, - deyə o əlavə edib.

0.016786813735962