Təhsil nazirinin oxşarı olan şəxs kimdir? - FOTO

Təhsil nazirinin oxşarı olan şəxs kimdir? - FOTO
 

Təhsil naziri Emin Əmrullayevlə jurnalist Ruslan Zeynallının fotosu sosial şəbəkədə gündəm olub.

Paralel.az xəbər verir ki, nazirlə jurnalistin bir-birinə bənzəməsi maraqla qarşılanıb.

Bir çox sosial şəbəkə səhifələrində paylaşılan fotoya “alma-almaya bənzər”, “elə bildim montajdir”, “bu qədər də bənzərlik olmaz kimi...” şərhlər yazılıb.

Qeyd edək ki, R. Zeynallı uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında aparıcı-redaktor vəzifələrində çalışıb.

Hazırda o, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiridir.

Eyni zamanda, Real TV-də Nazirliyin layihəsi olan “Fermerin real dostu” verilişinin aparıcısıdır.

R. Zeynallı bəstəkar və müğənni Sevinc Ağasıyeva ilə ailəlidir.

0.092719078063965